Qədim zamanlarda yaşamış xalqların bizim günümüzdə təəcüb doğuracaq bir çox seksual ənənələri olub.
Sizə Qədim Yunanıstanda dəbdə olan bu ənənələrdən bir neçəsini təqdim edirik.
Kontrasepsiya üçün asqırmaq
Əlbəttə ki qədim kontrasepsiya vasitələrinin bir çoxu ağlasığmaz və hətta dəhşətli olub.
Məsələn Yunanıstanda kişilərə bunun üçün seksdən öncə nar və ərəb xurması yemək məsləhət görülürdü.
Qadınlara isə cinsi əlaqədən sonra nəfəsi tutub, tez oturub asqırmaq tövsiyyə edilirdi.
Həyat yoldaşını öpmək biabırçılıq idi
Yunanların dostları ilə öpüşərək görüşdüyünə baxamayraq, həyat yoldaşları ilə bağlı cəmiyyət içində onlar heç vaxt bunu etmirdilər. Çünki qadının öpən kişi hisslərinə hakim ola bilməyən və arvadının sözündən çıxmayan biri kimi qəbul edilirdi.
Dövlət səviyyəsində fahişəlik
Qədim Yunanıstanda fahişəlik adi hal almışdı. Cəmiyyət buna olduqca normal baxırdı. Yunanlar hətt adövlət səviyyəsində bordellər saxlayırdılar.
Evlərin girişində penislər
Yunanlar tez-tez evlərinin girişində penis və ya cinsi əlaqəni əks etdirən görüntülər asırdılar. Onlar üçün burada utancverici heçnə yox idi.
Çünki sadalananlar bərəkətliliyin rəmzi sayılırdı. Maraqlıdır ki, bu adət indiyidək Butanda davam edir.
Bayram orgiyaları
Yunanlar hesab edirdilər ki, bayramlarda şəhər orgiyasından yaxşı heç nə yoxdur. Məsələn şərab ilahı Dionisin şərəfinə keçirilən bayramlarda şəhər əhalisi ilk növbədə yürüyüş edir, sonra çaxır içir, sonda isə qrup şəklində eyş-işrətlə məşğul olurdu.
Gəlini oğlan kimi geyindirmək
Spartalılar o qədər sərt idilər ki, toydan öncə gəlinin keçəlləyərək kişi paltarı geyindirib bəyə təhvil verirdilər. Buna səbəb kimi, spartalıların utancını gətirirdilər.
Qadınlarla münasibətlərdə utancaq olan qədim yunanlar ilk dəfə cinsi həyata hərbi məktəblərdə oğlanlarla başlayırdılar. Ona görə də, kişi libasında olan qadına daha ürəkli yanaşa bilirdilər.
Zorlama cinayət sayılmırdı
Yunan mifologiyasına baxsaq demək olar ki hər bir əfsanədə qadınların oğurlanmasının və zorlanmasının şahidi oluruq. Buna görə də, real həyatda da bu cinayət sayılmırdı.
Lakin kiminsə arvadını zorlamaq ən böyük cinayətlərdən biri sayılırdı. Ona görə də, Qədim Yunanıstanda qadınlar zorlanmamaq üçün erkən yaşlarında ərə gedirdilər.