Hindistanda təbiət hadisəsi çoxlu sayda filin ölümünə səbəb olub.
Assam ştatının əsas naziri Himanta Bisva Sarma bu hadisədən narahat olduğunu və araşdırma başlatdığını bildirib.
4 filin ıeşi bir yerdə, 14-nün isə ayrı yerdə aşkar olunub. İlkin araşdırmaya əsasən, filləri ildırım çaxması öldürüb. Hadisə yerinə meşə idarəsinin əməkdaşları və baytar həkimlər cəlb olunub.
Çoxlu sayda filin bir anda ölməsi Assam ştatında 20 il ərzində ilk dəfə baş verib. Öncələr fillər qanunsuz ovçuların, yol qəzalarının, zəhərlənmənin və hətta cərəyan vurmasının qurbanı olublar.