Parisdə yaşayan 17-yaşlı model və “Instagram” ulduzu Vittoriya di Savoya İtaliyada monarxiyanın 1946-cı ildə ləğv olunmasına baxmayaraq, bu ölkənin vəliəhd şahzadəsi oldu.
Vittoriya Venesiya şahzadəsi Emmanuil Filiberto Savoylunun və fransız aktrisası Klotilda Kuronun böyük qızıdır. O, son min ildə Savoy sülaləsinin ilk qadın rəhbəri olacaq.
Bu titulu ona 84 yaşlı babası, İtaliyanın son kralı II Umbertonun oğlu Viktor Emmanuil di Savoya təqdim edib.
Doğulduqda Viktor Emmanuil Neapolitan şahzadəsi elan edilmişdi, atası taxta oturduqdan sonra isə İtaliya krallığının vəliəhdi tituluna sahiblənmişdi. 1983-cü ildə Umbertonun ölümündən sonra Savoy evinin başçısı sayılır.
Viktor öz hüquqlarını və titullarını 16-cı doğum gününə hədiyyə olaraq nəvəsi Vittoriya Kristina Kyara Adelaida Mariyaya hədiyyə edib.
İtaliyanın potensial kraliçası bunu aldığı ən qiymətli hədiyyə olduğunu deyib.
Beləliklə Viktor Emmanuil son min ildir sürən vəliəhdin yalnız kişi cinsindən olması barədə qanunu ləğv edib.
Lakin yaxın qohum sayılan Savoy evinin Aost budağının nümayəndələri bu qərardan narazı qalıblar. Biznesmen Aymone di Savoya Aosta bunun qanunsuz olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, Viktor Emmanuil bu qanunu dəyişməsə idi vəliəhd o olacaqdı.