Qadınlar arasında inanılmaz dərəcədə populyar olan 6 məşhur dolu adam

Açıq söhbət3 dəq oxu
Qadınlar arasında inanılmaz dərəcədə populyar olan 6 məşhur dolu adam

Bir çox insan düşünür ki, dolu kişilər qadınların xoşuna gəlmir.

Lakin bu belə deyil.

Sizə qadınlar arasında inanılmaz dərəcədə populyar olan “toppuş” kişilərin siyahısını təqdim edirik.

1. Kral VIII Henrix

Bu kralın nə az, nə çox, altı həyat yoldaşı olub. Onun monumental bədən quruluşu və çoxlu sayda sevgilisi olub. O, öz ehtirasını qanuniləşdirmək üçün hətta islahat aparıb. Bunun üçün o İngiltərə kilsəsini Roma katolik kilsəsindən ayırır.

Qadınlar arasında inanılmaz dərəcədə populyar olan 6 məşhur dolu adam — şəkil 1

Bununla belə, heç bir qadın uzun müddət onu yanında saxlaya bilməyib. Qeyd etmək lazımdır ki, Henrixin sevgilisi olmaq, həyat yoldaşı olmağından daha təhlükəsiz idi.

Çünki kral adətən yeni evlilikdən öncə cari həyat yoldaşını edam etdirirdi.

Bütün bu dəhşətlərə baxmayaraq onun çağdaşları qadınların adətən öz xoşu ilə Henrixin yatağına girdiklərini etiraf edir.

2. Con Qudmen

Sorğu əsasında məlum olub ki, qadınlar bu cəlbedici amerikalı aktyoru “Hollivudun ən seksual toppuşları” sırasında görürlər. Amma Conun özü isə bir qadını sevməklə məşhurdur. Onun ailə həyatı 30 ildir ki davam edir.

Qadınlar arasında inanılmaz dərəcədə populyar olan 6 məşhur dolu adam — şəkil 2

3. Demis Russos

Karyerasının pikində qadınlar bu yunan müğənnisini demək olar ki əllərində gəzdirirdilər. Bu inanılmazdır, çünki kök olduğu qədər onun boyu da qısa idi. Onun ləqəbi “əba geymiş ilk seks-simvol” idi.

Qadınlar arasında inanılmaz dərəcədə populyar olan 6 məşhur dolu adam — şəkil 3

Qeyd etmək lazımdır ki, onun məxmər kimi baritonu var idi və Demis öz dönəmində bir çox top-hit mahnıların müəllifi idi.

Demis Russos 4 dəfə ailə həyatı qurub.

4. Ron Ceremi

Onu təqdim etmək üçün bir cümlə yetir - ABŞ-da “günümüzün ən uğurlu 50 pornoulduz” siyahısında birinci yerin sahibi. O böyüklər üçün filmlərə çəkilməkdə Ginnesin rekordlar kitabına da düşüb. Təsəvvür edin ki, R.Ceremi 1900-dən çox XXX filmlərinə çəkilib.

Qeyd etmək lazımdır ki, o həm də rejissor, aktyor və stendap komik kimi məşhurdur.

5. Cek Blek

Məşhur komediya akyoru və rok-musiqiçi Cek Blek “Supernaço”, “Zamanın başlanğıcı”, “Qulliverin səyahətləri” kimi filmlərdə çəkilib. Onun filmləri hamıda rəğbət hissi oyadır.

Qadınlar arasında inanılmaz dərəcədə populyar olan 6 məşhur dolu adam — şəkil 4

6. Luçano Pavarotti

Sanki məhz bu tenorun səbəbindən belə bir təəsürat yaranıb ki, opera müğənnisi kök olmalıdır. Məhz onun sayəsində pera sənəti günümüzdə bu qədər maraq qazanıb.

Qadınlar arasında inanılmaz dərəcədə populyar olan 6 məşhur dolu adam — şəkil 5

Bu xalis italiyalı donjuan və bonvivan həmişə gözəl qadınların əhatəsində olub. Onun ilk həyat yoldaşı opera müğənnisi Adua çox gözəl idi.

İkinci həyat yoldaşı Nikoletta Mantovani isə aralarındakı yaş fərqinin çox olmasına baxmayaraq onu dəli kimi sevirdi.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan