Hindistanın Uttar-Pradeş ştatında baş tutmuş toy mərasimi zamanı bədbəxt hadisə baş verib.
Manjeş Kumar adlı bəyin həyat yoldaşı Surabhinin toy gedən zaman ürəyi dayanıb və o keçinib.
İlk növbədə qızın qohumları özünü itirib, lakin sonra qəribə addım atıblar.
Onlar mərasimi dayandırmamağı qərara alıblar və ölən qadının bacısını Manjeşə ərə veriblər.
“Biz bu vəziyyətdə nə edəcəyimizi bilmirdik. Hər iki ailə bir masa arxasına oturub müzakirə apardı. Kimsə kiçik bacım Nişanı Surabhinin yerinə ərə verməyi təklif etdi”, - deyə ölən qadının qardaşı etiraf edib.
Surabhinin dayısı qeyd edib ki, onlar hələ baş verən faciənin miqyasını anlamırlar.
“Bu bizim ailə üçün çox çətin imtahan oldu. Bir qızımızın soymuş bədəni evdə olarkən, digər qızımızın toyunu bayram edirdik. Biz hələ belə qarışıq hisslər keçirməmişdik”, - deyə o vurğulayıb.