Alimlər bəşəriyyətin ən uğursuz ilini açıqladılar

Açıq söhbət2 dəq oxu
Alimlər bəşəriyyətin ən uğursuz ilini açıqladılar

Bu il ilə müqayisədə 2020-ci il Günəç işığı altında çəmənliklərdə gəzmək kimidir.

Həmin dövrdə bəşəriyyət bir neçə təbiət fəlakəti və bədbəxt hadisələrlə üz-üzə gəlir.

536-cı ildə Avropanın cənubunda Bizans imperiyası intibahını yaşayır, şimalda Britaniya torpaqlarında kral Artur hökmranlıq edir. Çin Xan imperiyasının süqutundan sonra özünə gəlməyə çalışır.

Hindistanda yerli Qızıl əsr Qupta dövlətinin yox olması ilə bitir. Cənubi Amerikada maya mədəniyyəti inkişafının pik nöqtəsini yaşayır. Hər şey yaxşı getdiyi anda hər şey qarabasmaya çevrilir.

Qaranlıq

Arxeoloqlar bu hadisənin səbəblərini günümüzdə izah edə biliblər. Bir çox tarixi xronikalarda bu canlı hər şeyi məhv edən görünməmiş qaranlıq kimi qeyd edilir.

Bu yaxınlarda Alp dağlarında yerləşən buzlaqları tədqiq edən alimlər meəyyən ediblər ki, həmin il İslandiyadakı supervulkanın güclü partlayışı baş verib. Lakin məsələ bununla bitmir. Eyni anda həmçinin Baham adalarındakı San-Salvador və İndoneziyada yerləşən Krakatau vulkanları oyanıb. Bir sözlə, bəşəriyyət hər tərəfdən hücuma məruz qalıb.

Bunun fəsadları faciəvi idi. Əlbəttə o zamanlar insanlar vulkanın və atmosferdə kül buludlarının nə olmasından xəbərsiz idilər. Güntutulmasına bələd olan insanlar yarımsaatdan sonra qaranlığın gedəcəyinə ümid etsələr də bu baş vermir. Demək olar ki, 1 il ərzində dünyada alatoran vəziyyət hökm sürür.

Alimlər bəşəriyyətin ən uğursuz ilini açıqladılar — şəkil 1

Aclıq

Günəş işığının normal yerə çatmaması səbəbindən normal atmosfer prosesləri də dəyişir. Nəticədə Cənubi Amerikada genişmiqyaslı subasmalar, Avropada isə dəhşətli quraqlıq baş verir. Bu da öz növbəsində meyvə-tərəvəzin məhv olmasına gətirib çıxardır.

Qaranlıq bir ilə yox olsa da, ondan qaynaqlanan ümumi temperaturun aşağı düşməsi gələcək illərdə də əkin və biçinə ziyan vurur və nəticədə Avropanın əsas hissəsi aclığa məruz qalır.

Taun

Əlbəttə ki bəla “tək gəldim” demir. Təbii fəlakətlər və aclıq fonunda bəşəriyyətin canına ölümcül taun hopur. Söhbət klassik taundan gedir. Heç kim ondan canını qurtara bilmirdi. Bir çox yerdə evlərin qapısı açıq qalmışdı, çünki içindəkilərin hamısı artıq ölmüşdü.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan