Düşünürsən ki, alimlər yalnız uzaq kosmosu araşdırır və gündəlik həyatla maraqlanmır?
Lakin dünyada spirtli içki nəticəsində baş verən xumarlığı (“poxmel”) öyrənən qrup var (Alcohol Hangover Research Group). Bu qrup bütün gücünü “poxmel” probleminə və onu dəf etməyə sərf edir. Bunu bacarsalar, alkoholun icadından bu yana elmdə ən böyük sıçrayışa imza atacaqlar.
Bildiyimiz kimi, alkohol fermentləşdikdə içində ona dad və rəng verən qatqılar əmələ gəlir. Qeyd etmək lazımdır ki, onlar həm də toksin sayılır və məhz buna görə içkili şənlikədn sonra səhərlər sənin başın daş kimi olur.
Yadda saxla ki, spirtli içki nə qədər tünddürsə, xumarlıq o qədər güclü olacaq. Məsələn, araq və ya cinin “poxmelini” viski və burbonla müqayisə belə etmək olmaz.
“Sənin xumarlığında müqəssir olanlar” cədvəlində ağırdan yüngülə spirtli içkiləri təqdim edirik:
Viski
Tünd rom
Burbon
Qırmızı çaxır
Brendi
Bundan əlavə, “poxmel” effektini şəkər ağırlaşdırır. Buna görə də şirin kokteyllər də ağır xumarlığa yol açan spirtli içkilər siyahısına daxil edilib. Tünd pivə və ya staut içdiyinin səhəri sənə çox pis təəsüratlar bəxş edəcək.
Pivənin isə xüsusi yeri var. Zəif alkohola malik olduğu üçün onu çox içirsən bu isə güclü susuzluğa gətirib çıxarır. Mayeni bərpa etmək üçün orqanizm suyu digər orqan və toxumalardan, o cümlədən beyindən almağa başlayır.
Beyin özü ağrını hiss etməsə də, onun xarici qılafı ağrını hiss edən liflərlə bağlıdır. Məhz buna görə çoxlu pivöə içdikdən sonra səhər çox bərbad vəziyyətdə ayılırsan.
Bundan əlavə alkoholda etanoldan başqa, az miqdarda olsa belə, metanol da mövcuddur. O parçalandıqda formaldeqidə və qarışqa turşusuna ayrılır. Sənin orqanizminin fermentlərinin xüsusiyyətləri var. Onlar ilk növbədə etanolu, sonra isə metanolu parçalayır.
Bu da orqanizmin zəhərlənməsi ilə nəticələnir. Məhz buna görə, “poxmel” spirtli içkini qəbul edəndə yox bir müddət sonra yaranır. Lakin alkoholu içdikdən 8-10 saat sonra yenə spirtli içki içsən orqanizmin yenə metanolu uraxıb etanolun canına düşəcək. Məhz buna görə içki aludəçiləri səhərlər alkohol qəbul edir.