İtaliyada Streza-Motarone kanat yolunda baş verən faciənin videogörüntüləri yayılıb.
Qeyd edək ki, bu bədbaxt hadisə zamanı 14 nəfər həyatını itirib.
Görüntüləri kanat yolunun üst stansiyasının kameraları həkk edib – onlar istintaq materiallarına əlavə edilib.
Qeyd etmək lazımdır ki, kabin üst stansiyaya çata-çatda onu daşıyan troslardan biri qopub. Nəticədə kabin sürətlə aşağı sürüşməyə başlayıb.
Bir müddət sonra isə o meşəliyə düşüb. Kabində olan bütün insanlar həyatını itiriblər.