“Like”lara görə kişini skotçla helikopterə bağlayan bloqer istintaqa cəlb edilib – Video

Açıq söhbət1 dəq oxu
“Like”lara görə kişini skotçla helikopterə bağlayan bloqer istintaqa cəlb edilib – Video

Bloqerlər var ki, olduqca sakitdirlər.

Məsələn, onlar mahnı oxuyur, ya da maraqlı şeylər sərgiləyir.

Lakin elələri də var ki, ağılsızlıq və təhlükədən başqa bir şey etmir.

Mixail Litvin adlı bloqer insanlara ağlasığmaz hərəkət etmələri üçün pul ödəyir. Məsələn o başqalarına çox hündür bir yerdən tullanmağı, bütün alın nahiyəsinə döymə vurmağı və s. təklif edir.

Lakin bloqerlər unudurlar ki, onların izləyicilərinin arasında ortastatistik vətəndaşlarla birgə hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

Bu yaxınlarda bir kişini pul müqabilində skotçla helikopterə bağlayıb nəqliyyat vasitəsini uçurdan Litvin istintaqa cəlb olunub. Səbəb – helikopterin uçuşu zamanı təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması.

Məlum olub ki, bloqer “Robinsson 44” markalı helikopterin sahibi olan bir şəxsə hava nəqliyyatı ilə uçmağı təklif edib. Litvinin göstərişlərinə uyan pilot digər bir şəxsi yapışqan lentlə nəqliyyat vasitəsinə bağlanmasına razılıq verib. Bununla da o, sonuncunun həyatını ciddi təhlükəyə atıb.

Qeyd etmək lazımdır ki, pilotun nəqliyyat vasitəsini idarə etmək hüququ əlindən alınıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan