Kanadada müşahidə olunan rekord istilər 130 insanın ölümünə səbəb oldu

Açıq söhbət1 dəq oxu
Kanadada müşahidə olunan rekord istilər 130 insanın ölümünə səbəb oldu

Son günlər Kanadada görülməmiş istilər müşahidə olunur.

İyunun 29-u ölkədə 1937-ci ildən bəri ilk dəfə +49,6°С səviyyəsində istilik qeydə alınıb.

Qeyri-adi hava şəraiti səbəbindən ölkənin qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində, xüsusən də Albertada çoxulu sayda insan xəstəxanalıq olub.

Vankuverdə şəhərində və ətraflarında isə son 7 gün ərzində 130 qəfil ölüm halı qeydə alınıb.

Polis qeyd edir ki, ölənlərin əksəriyyəti yaşlı və xroniki xəstəlikərdən əziyyət çəkən insanlardır.

Ölkədə isti hava şəraitinin bir müddət davam edəcəyi barədə xəbərdarlıq edilib.

Qeyd etmək lazımdır ki, Vankuver şəhəri və ətraflarında sərinləşdirici mərkəzlər və müvəqqəti fəvvarələr quraşdırılıb. Polis ölkədə nəzarəti gücləndirib.

Qeyd etmək lazımdır ki, Kanada dünyanın ən qarlı ölkəsidir. Soyuq hava şəraitinə görə ölkə dünyada ikinci yerdə gedir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan