Şimşəkli havada qədim fortun qülləsində selfi çəkdirmək istəyən 11 nəfər ildirımın qurbanı oldu

Hindistanın Racasthan ştatında yerləşən qədim Amer fortunda şimşəkli havada şəkil çəkdirmək istəyən 11 nəfər ildırım vurmasından həlak olub.
Daha 12 nəfər müxtəlif xəsarət alıb. İldırım çaxarkən qüllədə 27 nəfər – turist və yerli sakinlər olub. İnsanların bir çoxu qorxudan qüllədən çölə atlayaraq ağır xəsarətlər alıb. Ölənlərin əksəriyyəti gənclərdir.
Qeyd etmək lazımdır ki, turistlər arasında populyarlığa malik həmin fort XVI-cı əsrdə tikilib.






