Avropada daşqınlar tüğyan edir: 70 nəfər həlak olub, 1 300 nəfər itkin düşüb

Açıq söhbət1 dəq oxu
Avropada daşqınlar tüğyan edir: 70 nəfər həlak olub, 1 300 nəfər itkin düşüb

Qərbi Avropada baş verən genişmiqyaslı daşqınlar səbəbindən artıq 70 nəfər həlak olub.

1 300-dən çox insan isə itkin düşmüş sayılır. Bir çox bölgələrdə xaos hökm sürür.

Ən ciddi vəziyyət Almaniyanın Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya əyalətlərində müşahudə olunur. Burada 50 nəfər həlak olub.

Angela Merkel baş verənləri fəlakət adlandırıb.

Almaniyadan başqa daşqınlar Belçika, Fransa, İsveçrə, Niderland və Lüksemburq kimi ölkələrinə təsir edib.

Zərər çəkənlərin çoxu evlərinin damlarında kömək gözləyir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan