Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri

Açıq söhbət6 dəq oxu
Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri

Gözəl qoxuların insan ruhuna təsir edib yaxşı hiss etdirdiyi elmi cəhətdən sübut olunmuşdur. Eyni zamanda, kişilərin gizli aksessuarı hesab edilən ətirlər qadınlarda xoş təəssürat yaratmağın ən effektli üsuludur. Düzgün ətiri tapmaq çətin olsa da, hansı qoxuları sevdiyinizi müəyyənləşdirməklə uğurlu ola bilərsiniz. Unutmayın ki, seçdiyiniz ətir sizinlə bütünləşməlidir. Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətirini təqdim edirik:

“Penhaligon's - Bayolea” Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 1

Əgər sizə əyləncəni xatırladan bir qoxu arzulayırsınızsa, bu “Penhaligon' Bayolea” ola bilər. Ətir naringi, limon kimi sitrus meyvələrinin yüngül qoxusunu xatırladır və ədviyyat, sidr, səndəl ağacı ekstraktlıdır.

“Clean - Black Leather”

Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 2

Dəri qoxusu ətirə dərinlik qatmaq üçün istifadə edilən əsas komponentdir. “Clean” bu qoxunun sayəsində daha ağır gecə ətiri yaratmağa müvəffəq olub.

“Le Labo - Santal 33”

 Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 3

“Le Labo”nun  “Santal 33” ətiri iri şəhərlərdə yaşayıb gərgin işlərdə çalışan kişilərin sevimli seçimi ola bilər. Çünki bu ətir sizə özünüzü meşədə ocağın yanında kimi hiss etdirəcək. Ətirin əsasını parfümeriya istehsalında istifadə edilən ladan, büxur, sidr bitkisi və istiot təşkil edir.

“Burberry - Mr. Burberry Indigo”

Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 4

“Burberry” ətirləri saat 5 çayı, Big Ben və Kral ailəsi kimi İngiltərənin simvoluna çevrilib. Gecə dəvətləri üçün ideal ətir axtarırsınızsa, əminliklə bu markanı seçə bilərsiniz. Tərkibindəki indiqo ekstraktı özündə həm meşə, həm də sitrus effektini birləşdirir.  Bu səbəbdən də, bütün mövsümlərdə istifadə edə bilərsiniz.

“Diptyque - Vetyverio”

Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 5

“Diptyque” zövqlü şamları ilə məşhur olan markadır. Buna baxmayaraq, zövqlərini ətirləri hazırlayarkən də istifadə edib brend olmağı bacarıblar. Gündüz istifadə üçün yararlı olan bu ətir qreypfrut və mandarin ekstraktları ilə fərahlıq hissi bəxş edir.

“Versace - Dylan Blue”

Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 6

Ən yaxşı ətir siyahılarında həmişə yer alan “Versace” markasının “Dylan Blue” ətiri həm gecə, həm gündüz eyni qoxudan istifadə etmək istəyənlərin əsas seçimidir. Ətir hazırlanarkən Aralıq dənizindən ilhamlanılıb. İstifadən zamanı okean təravətini gün boyunca üstünüzdə hiss edəcəksiniz. 

“Chanel - Bleu de Chanel”

  Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 7

Ətir sevmədiklərini düşünən kişilər üçün ideal seçimdir. Hər kəs tərəfindən bəyənilən bu ətirin baza notları ağ sidr, olibanum (Büxur) və sandal, üst notları isə berqamot, limon və nanədən ibarətdir.

“Maison Margiela - Replica by Fireplace”

 Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 8

Bu ətir evdə sobanın ətrafında oturmaqdan zövq alanlar üçün uğurlu seçim olacaq. Mixək yağı, şabalıd, portağal çiçəyi və vanil ahəngini hər istifadədə hiss edəcəksiniz.

“Jo Malone London - English Oak & Hazelnut”

 Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 9

Bu uniseks ətri sizə fındıq kimi yüngül, palıd və vetiver kimi daha güclü əsas notların qarışımını təklif edir. Sidr qoxusunu sevirsinizsə, “Jo Malone”nun bu ətiri sizin üçündür.

“Kingsman TGC - by Azzi Glasser” 

Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 10

2017-ci ildə “Kingsman” filmi üçün xüsusi hazırlanan bu odekolon indiyədək qoxuladığınız ən yaxşı ətirlərdən biri ola bilər. Ətirin əsas notunu dəfnə yarpağı, çay və qətran təşkil edir. Qeyd edək ki, uzun müddət qalıcılığa malik ətirdir.

“Tom Ford - Neroli Portofino”

 Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 11

Tom Ford adının özü dəbdəbə və zərifliyin təcəssümüdür. Ford əmindir ki, ən arzu olunan əlçatmaz olandır. Ona görə də, ətirləri həmişə insanı provokasiyaya təhrik edir və cəzb edir. “Neroli Portofino” isə qoxu baxımından olduqca yüngül və əladır. Berqamot, neroli, rozmarin, limon və mandarin notlarından təşkil olunmuşdur.

“Odin New York - 10 Roam”

 Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 12

Fərqli qoxular sizə cəlbedici gəlirsə, “Odin”in “Roam” ətirini seçə bilərsiniz. 2013-cü ildə yağış meşələrindən ilhamlanaraq yaradılan bu ətir özündə həm şirin, həm də ağır qoxuların harmoniyasını əks etdirir. 

“Czech & Speake - No. 88 Cologne Spray”

 Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 13

Təzə berqamot, qızılgül, ətirşah, vetiver və səndəl ağacının konsentrat qarışığından hazırlanan bu ətir bütün mürəkkəbliyi ilə Londonun Cermin küçəsindəki ilk “Czech & Speake” sərgi salonunun qoxusunu əldə etmək məqsədi ilə hazırlanıb. Əgər özünüzü ingilis dəbinə uyğun hesab edirsinizsə, bu qoxu sizin üçün əvəzedilməz olacaq.

“Acqua di Parma - Colonia”  Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 14

“Acqua di Parma”  markası klassik tərzi sevən kişilər üçün mükəmməl seçimdir. Berqamot, limon, lavanda, adaçayı, rozmarin və palıdın vəhdət təşkil etdiyi bu ətir ciddi görünüşünüzə çox yaraşacaq.

 “Byredo - Gypsy Water”

 Qoxuları ilə yaddaşlara həkk olunan 15 ən yaxşı kişi ətiri — şəkil 15

2008-ci ildə satışa çıxarılan “Gypsy Water” vanil və kəhrəba ilə tamamlanan berqamot, bibər və giləmeyvə kimi üst notlarına malikdir. Bu ətir, adətən, sevgi mövzusunda ağlı ilə ürəyi arasında qalan kişilər tərəfindən bəyənilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan