“Dünya kral ailələrinin ən gözəl nümayəndəsi” Co Bayden və onun həyat yoldaşı ilə görüşdü

İordaniyanın 59 yaşlı kralı II Abdulla rəsmi səfərlə ABŞ-ı ziyarət edib.
O, ölkə prezidenti Co Baydenlə görüşərək Yaxşın Şərqdəki vəziyyətivə bu bölgədə sülh və sabitliyin gücləndirilməsi yollarını müzakirə edib.
II Abdullanı onun həyat yoldaşı kraliça Raniya və onların böyük oğlu 27-yaşlı vəliəhd şahzadə Hüsseyn müşaiyət edib. Qeyd etmək lazımdır ki, kraliça Raniya ona çox yaraşan qırmızı paltarda olub.

50 yaşlı Raniya Fələstin əsillidir. O, II Abdulla hələ şahzadə olarkən 1993-cü iləd onunla ailə həyatı qurur. Onların dörd uşağı var. Raniya dünyanın ən gözək kraliçası sayılır.






