Siyasətçiləri çox vaxt fahişələrlə müqayisə edirlər və onlar bundan inciyir.Amma tarixdə elə şəxslər var ki, həyatı boyunca qeyd etdiyimiz hər iki sənət ilə məşğul olub.
1. Raav
Eramızdan əvvəl 1422-ci ildə Raav bütpərəst hananeylərin yaşadığı Ceriko şəhərində fahişəliklə məşğul olub. Yəhudi adətinə görə isə, Allahdan başqa kiməsə inanan hər bir insan məhv edilməli idi. Yəhudi sərkərdə İisus Navin Ceriko şəhərinə iki xəfiyyə göndərir. Onlara şəhər əhalisini necə ən səmərəli şəkildə öldürməyin yolunu tapmaq tapşırığı verilmişdi.
Şəhərin divarını aşan xəfiyyələr düz Raavın iş yerinə gəlirlər. Cerikonun sonu gəldiyini başa düşən qadın xəfiyyələri gizlədir, onları axtaran əsgərləri isə başqa səmtə göndərir. Nəticədə yəhudilər Cerikoda qətliam törədir, hətta öküz və uzunqulaqları qırırlar. Raav və onun yaxınlarına isə şəhərdən salamat çıxmaq şansı verilir, sonra isə o müqəddəs elan edilir.
2. Aspasiya
455-ci ildə Korinfdən Afinaya gələn Aspasiya burada fəlsəfə klubu təsis edir. Anaksaqor kimi düşüncə sahibi öz şagirdi Evripidlə, Zenn, Protaqor, həkim Hippokrat, heykəltəraş Fidius və Sokrat kimi dühalar tez-tez bu kluba təşrif buyurur. Aspasiyaya vurulan Sokrat gələcəkdə deyirmiş, yalnız onun sayəsində filosof olur.
Qeyd etmək lazımdır ki, fəlsəfə klubu yalnız intelektuallıq məbədi deyildi, Aspasiya və həmkarları isə bildiyimiz heteralar (fahişələr) idi. Lakin onun nüfuzu o qədər yüksək idi ki, Afin şəhərinin əfsanəvi lideri Perikl Aspasiyanın həyat yoldaşı olur.
3. Feodora
Gələcək Bizans imperatoru olacaq Feodora 500-cü ildə Kiprdə doğulur. Yetkinlik yaşına çatanadək o sirkdə heyvanlara nəzarət edirdi. Bu peşəyə sahiblənərək o Konstantinopol (İstanbul) şəhərinə köçür.
Burada Feodora şəhərin ən məşhur kurtuzan qadını kimi tanınır. Lakin heç kimin gözləmədiyi halda o əxlaqsızlığa tövbə edir və asket həyatını seçir. Bu addımı ilə Feodora kral Yustinianın ağlını başından alır. Kral Feodoranın başına qızıl səpir və dayısından xahiş edir ki, patrisilərin aktyorlarla evlənməsini qadağan edən qanunu qaldırsın. Qısa zamanda onlar izdivac qurub taxta qalxırlar. Kraliça kimi Feodora çox qəddar və pulgir şəxs kimi yadda qalır.
4. Nell Qvin
Nell Qvin – XVII-ci əsrdə London səhnələrində parlayan britaniyalı aktrisadır. Bundan başqa o portağaı satır və fahişəlik edirdi. 1668-ci ildə məşhur hersoq Bekinqem Nelli II-ci Karl Stüarta təqdim edir.
Karl isə dəlicəsinə Nellə aşiq olur. İlk olaraq Nell Karlın bastardı (“vələdüzzina”) Çarlzı (gələcəyin Sent-Olbans hersoqu) sonra isə ikinci uşağını doğur. Nell artıq kral Ceykobun vaxtında 37 yaşında vəfat edir.
5. I-ci Yekaterina
1702-ci ilin avqustun 25 Böyük Şimal Müharibəsi zamanı rus feldmarşalı Şeremetev İsveçin Mariyenburq qalasını ələ keçirir. Orada hər şeyə od qoyan Şeremetev pastorun xadiməsi Marta Kruzu diri saxlayır. Lakin həmin gecə Şeremetev Martanı zorlayır. Bir ildən sonra Marta Menşikova keçir. Bundan sonra isə Martanın xidmtələrindən yararlanan çar Pyotr Alekseyeviç onunla keçirdiyi ilk gecəsinə görə bir dukat ödəyir.
Gələcəkdə Pyotr Martaya Katerina Vasilevskaya adı verir və pravoslav xristianlığı qəbul etdirir. 1711-ci ildə isə onlar ailə qururlar.