Üz dərisinin yuyulması kişi baxımının əsasını təşkil edir.
Sabun və su ilə müəyyən qədər təmizləyə bilsəniz də, kişilər üçün daha professional təmizlik vasitələri mövcuddur. Onlar dərinizin qurumasının və ya həddindən artıq yağlanmasının qarşısını alır. Üz maskasından həftədə bir dəfə istifadə etsəniz də, üz yuma vasitələri ilə dəri təmizliyini hər gün etməyiniz məsləhətdir.
Əgər siz də üz baxımına önəm verir, amma hansı vasitələrdən istifadə edəcəyinizi bilmirsinizsə, bu məqaləmizdən faydalanın. Hər dəri tipinə uyğun ən yaxşı üz təmizləmə vasitələrini təqdim edirik:
"Kiehl’s Facial Fuel Energizing Face Wash"
Bu məhsul kofein, "E" vitamini və mentol ilə zəngindir. Adından da göründüyü kimi üzdəki yorğun görüntünü aradan qaldırır, sizin daha enerjili görünməyinizə kömək edir.
"Horace Purifying Face Cleanser"
Bu büdcə dostu fransız markası ən çox satılan məhsulların istehsalı ilə məşğuldur. Məhsulun tərkibi aktiv kömür, sink, aloe veradan ibarət olub 99% təbiidir, tərkibində paraben yoxdur. Sərinləşdirici və canlandırıcı özəllikləri ilə günə yaxşı başlamağınıza səbəb olur.
"L'Oréal Paris Men Expert Hydra Sensitive Soothing Daily Face Wash"
"L'Oréal Paris"in bu məhsulu 6 yağın birləşməsindən yaranmışdır və həssas, gərgin dərini təmizləyib sakitləşdirməyi hədəfləyir. Alkoqolsuzdur, bu da məhsulu həssas dəriyə sahib kişilərin ilk seçimi edir. Dərini qidalandırır, iltihab və qızarıqlıqlığı aradan qaldırır. Daha yaxşı nəticə almaq üçün 24 saat nəmləndirici krem ilə birgə istifadə edə bilərsiniz.
"Vichy Normaderm Volcanic Mattifying Cleansing Cream"
Sırada sızanağa meyilli dərilər üçün ən yaxşı məhsul adına sahib üz yuma vasitəsi var. Bu məhsul dərini artıq yağdan təmizləyir, yağ ifrazını normallaşdırır, lakin dərini qurutmur. Həssas və ləkəli dərilər üçün ideal yüngül tərkibə malikdir. Dərindən təmizləmə və məsamələri açmaqda uğurlu olan krem təravətlənmiş və mat görüntünü təmin edir. On faiz gil, salisil turşusu, vulkanik perlitdən və kömürdən ibarət olan bu məhsul su ilə təmas etdikdə məcundan köpüyə çevrilir. Daha yaxşı və qalıcı nəticə əldə etmək üçün səhər-axşam istifadə etmək lazımdır.
"Clinique For Men Charcoal Face Wash"
Aktivləşdirilmiş kömür hazırda ən yaxşı markaların üz təmizləmə vasitələrindən diş pastalarına qədər bir çox məhsulda istifadə edilir. Buna səbəb isə onun zərərli molekulları özünə hopdura bilən super uducu maddə olmasıdır. "Clinique" də kömür tərkibli bu məhsulunda dərin təmizlik vəd edir.
"La Roche-Posay Toleriane Softening Foaming Gel"
Fransız özünəqulluq dünyasının sevimlisi olan "La Roche-Posay" üz təmizləmədə son dərəcə effektivdir. Bu məhsul quru, qızartı və qaşıntıya meyilli dərilər üçün özəl olaraq hazırlanmışdır. Eyni zamanda, paraben, konservant, ətir, alkoqol, rəngləndirici maddələr ehtiva etmədiyindən allergiyası olan insanlar üçün əla seçimdir. Hətta bu təmizləyici "Allergy UK" tərəfindən təsdiqlənmiş yeganə qulluq məhsuludur.
"Aesop Fabulous Face Cleanser"
"Aesop" fərqli qoxulara malik ətirlərin ustası olaraq tanınır, ancaq dəriyə qulluq vasitələri ilə bu sahədə də lider olduğunu sübut etmişdir.
Bu məhsul yağ mənşəli olduğu üçün yumşaq teksturaya sahibdir. Normal dəri tiplərinə uyğundur, berqamot qabığı, çobanyastığı və rozmarin yarpağının qarışımı sayəsində üzü təravətləndirir.
Qeyd edək ki, bütün məhsullar münasib qiymətədir, 100 ml-lik məhsulun qiyməti 10-50 manat (5-23 ₤) arasında dəyişir.