Tərləmək bədənin daxili temperatur və stress səviyyələrini idarə etmək üçün ən vacib vasitələrdən biridir.
Yəni tərləmək normal prosesdir, amma pis qoxu yolverilməzdir.
Bu məqaləmizdə sizə müxtəlif markaların antiperspirantları haqqında məlumat verəcəyik:
"Crystal"
Bu məhsul kimyəvi antiperspirantlardan istifadə etmək istəməyənlər üçün ən yaxşı seçimdir. "Crystal" təbii mineral duzlardan hazırlanır.
"Old spice"
Bəzən klassik məhsullara sadiq qalmaq ən yaxşısıdır. Bu antiperspirant da illərdir kişilərin ən sevimli tər əleyhinə məhsuludur.
"Dove men+Care"
"Dove" sabunları ilə məşhurdur və sabunların ən önəmli tərəfi dəriyə xüsusi qulluq etməsi, dərini qurumaqdan qorumasıdır. Markanın bu antiperspirantı da tər qoxusunun qarşısını almaqla yanaşı, dərini nəmləndirir.
"SCHMIDT'S"
Markanın yeni məhsulu "Jasmin çayı" adı, yaşıl qablaşdırması ilə təbii məhsul olduğunu göstərir. Bu antiperspirant hindistan qozu yağı və kandelilla şamı daxil olmaqla bir çox təbii inqrediyentlərlə zəngindir.
"Native"
"Native" markası bütün məhsullarının tərkiblərini çox sadələşdirib. Markanın xiyar və nanədən hazırlanan dezodorantı parabensiz, alüminium olmadan hazırlanır və hər cür allergik reaksiya, komplikasiya ehtimalını minimuma endirir.
https://www.nativecos.com/products/cucumber-mint-deo-mens?sscid=81k4_qrz2q
"Every man Jack"
Tərkibində alüminium olmayan bu antiperspirant səndəl ağacı ekstraktlıdır, beləliklə, tər qoxusunun qarşısını almaqla yanaşı, yaddaşlarda qalan gözəl qoxuya da sahibdir.
"Oars + Alps"
Bu məhsul ən yaxşı tər əleyhinə vasitələrdən biridir. Bəs onu bu qədər məşhur edən xüsusiyyət nədir? - Qarğıdalı nişastası. Məhsulun özəllikləri bununla bitmir, digər fərqli xüsusiyyəti isə bədənin təbii tərləmə prosesini dayandırmadan tərə qarşı savaşmasıdır.
"Koparı"
Hindistan qozu yağı təbiətin müalicəvi maddəsidir. Bu yağdan hazırlanan dezodorant da dəriyə müalicəvi təsir göstərir, qurumasının qarşısını alır.
"Piperwai"
Bu markanın antiperspirantı aktivləşdirilmiş kömür ilə pis qoxunun qarşısını alır və bədənin normal tər ifrazı prosesini pozmur.
"AXE"
Bəzi günlərdə yüngül antiperspirantlar işinizə yaramır, daha təsirli vasitəyə ehtiyacınız olur. "AXE"-ın 48 saat quruluq vəd edən bu məhsulu eyni zamanda, ağ paltarlarınıza sarı, qara paltarlarınıza ağ ləkə düşməsinin də qarşısını alır.
"Jack Black"
"Jack Black" imzalı bu antiperspirant pis qoxunun qarşısını alır, qol altını gün ərzində təmiz saxlayır. Məhsul soda və qarğıdalı nişastasının birləşməsindən yaranmışdır, təbii tərkiblidir.
"Malin + Goetz"
İstifadə etdiyiniz məhsulların tərkibləri barədə çox həssassınızsa, evkalipt tərkibli antiperspirant tam sizə uyğundur.
"Corpus"
Hər antiperspirant dərinizə uyğun deyilsə, istifadədən sonra qızarıqlıq, qaşıntı, dəri soyulmasına səbəb olursa, alkoqol və alüminium olmayan bu məhsul dərinizi incitməyəcək. Səyahət üçün kiçik, asan daşına bilən məhsul axtarırsınızsa, seçiminizi "Corpus"dan yana edə bilərsiniz.
"Aesop"
Kişilər üçün ən yaxşı məhsulların yaradıcısı olan "Aesop" bu mövzuda da üstünlüyünü qoruyub saxlaya bildi. Siyahının ən yaxşı sprey formasında olan dezodorantı yüngül meşə qoxusuna malikdir, bu özünəməxsus qoxu sayəsində insanlar siz otağa daxil olmadan sizin gəlişinizdən xəbərdar olacaqlar.
"Tom Ford"
Bu antiperspirant siyahımızın həm ən bahalı (90 AZN), həm də ən gözəl qoxulu məhsuludur. Bundan əlavə, maraqlı bir hekayəyə sahibdir. Vaxtilə Tom Ford kişilərin dezodorantdan istifadə etmələrinin lazımsız olduğunu bildirmişdi, lakin zamanla istehsal etdiyi "Oud Wood" dezodorantı ilə özünə qarşı olduqca güclü bir iddia qaldırdı.