Gələcək üçün çaxırı necə seçmək lazımdır

Açıq söhbət1 dəq oxu
Gələcək üçün çaxırı necə seçmək lazımdır

Bir şüşə çaxır aldıqda onu həmən içməyin.

Əgər onu saxlaya bilsəniz sizə iki yaxşı xəbərimiz var. Birincisi – siz spirtli içki aludəçisi deyilsiniz. İkincisi – çaxırı 10 il saxladıqdan sonra daha bahalı qiymətə sata bilərsiniz.

Gələcək üçün çaxırı necə seçmək lazımdır — şəkil 1

Bu məsələdə sizə restorator və enoloq Don Culio kömək edəcək. Onun məsləhətlərinə qulaq asın:

Birincisi

Əsas olan milezim, yəni məhsul ildir. Əgər məhsul uğurlu olubsa, çaxırın keyiffəti də yüksək olacaq. Buna görə də milezimlər cədvəlinə diqqət yetir. Onu “Wine Advocate” və “Wine Spectator” dərgilərində tapmaq olar.

Ən məsləhətlisi, 10 il yaşlandıqdan sonra 25-illik ömür proqnozlaşdırılan çaxırdır.

İkincisi

Elə sort və bölgələr var ji, digərlərindən perspektivlidir. Qırmızı bordo və burqund çaxırı digərlərindən daha çox qala bilir və daha tez bahalaşır. Həmin şeyi Toskananın qırmızı çaxırı haqda da demək olar. Müddət keçdikcə ildə 20% bahalaşa bililər.

Kaberne, merlo və sira kimi sortlara pul yatırmaq ən ağıllı gedişdir.

Üçüncüsü

Probkadan tıxacla bağlanmış çaxırlaın 10-15% xarab olur. Buna görə də uzun müddət üçün bir neçə şüşə çaxır almaq lazımdır. Daha çox pul xərcləməmək üçün bunu xaricdə etmək lazımdır.

Bunu ölkədən çıxmamaq şərti ilə “Berry Bros & Rudd” və “Fine & Rare Wines” birjaları vasitəsi ilə etmək olar. Orada çaxırı alıb onun saxlanma xərclərini ödəmək olar.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan