Küçə davasında özünü necə aparmalısan

Açıq söhbət2 dəq oxu
Küçə davasında özünü necə aparmalısan

Çalış ki dava olmasın

Bu vzəiyyətdə ən yaxşı çıxış yolu davanın qarşısını almaq lazımdır. Bunun üçün bir neçə qaydaya əməl etmək lazımdır.

Mümkün qədər gecə vaxtı qaranlıq yerlərdə gəzməyin. Evinin önündə tanımıdağın insanları görürsənsə, nə üçün burada yığışdıqlarını soruşma.

Səni özündən çıxartmağa imkan vermə

Demək olar ki, əksər vaxtlarda davadan öncə söz güləşi olur. Dava etmək istəyən şəxs qarşısındakını sözlə qorxutmağa çalışır. Odur ki, özündən çıxma. Çünki bu zaman sən sağlam düşünə bilmirsən.

Həmçinin qarşısındakını sözlə qorxutmaq istyən şəxsin özü də qorxur və ümid edir ki, “natiqlik” bacarığı ona xəsarətsiz qələbə gətirəcək.

Küçə davasında özünü necə aparmalısan — şəkil 1

Söhbət et

Kimsə sənə “Əəə, bura gəl görüm” dedikdə, ona yaxınlaşmaq ağılsızlıqdır. Sən onun əmrətabesi deyilsən ki. Məsələn kimsə “Nə baxırsan?” sualı verdikdə “Səni keçmiş sinif yoldaşım Samirə bənzətdim”, “Gedək söhbət edək” dedikdə isə “Elə bura da pis deyil” cavabını vermək olar.

Əsas odur ki, səninlə təhqirlə danışılmadıqca sən təhqir və kobudluk etmə.

Kinolardakı davaları unut

Əgər dava qaçınılmazdırsa bil ki, ədalətli döyüş baş verməyəcək. Aranızda hakim, rinq və digər şeylər olmayacaq.

Böyük ehtimal hər şəy sürətlə baş verəcək və qırılmış burun, əzilmiş qabırğa və ya yarılmış baş diaqnozu ilə bitəcək. Buna görə də özünü imam evladı kimi aparmağa çalışma. Özünü qorumaq üçün əlindən gələni et. Yanında daş varsa onu istifadə et, əlində çanta və ya çətir varsa rəqibinin təpəsinə endir. Əsas sənin xəsarətsiz qalmandır.

Küçə davasında özünü necə aparmalısan — şəkil 2

Özünə xəsarət yetirmə

Əgər bir fəndi bacarmırsansa, onu tətbiq etməyə çalışma. Səni kaskadyor jurisi imtahan etmir. Göyə atlanıb iki ayaqla zərbə, var gücü ilə kəllə və s. kimi hərəkətlər məşq edilmədiyi zaman rəqibindən çox sənə xəsarət yetirə bilər.

Ümumiyyətlə dalaşarkən gülməli görsənməkdən utanma. Çünki sonda gülən ən yaxşı gülür.

Ədalət axtarma

Küçə davasında kimin düz, kimin səhv olduğunu müəyyən etmək çətin olur. Odur ki, belə şeylərə baş qoşma. Mümkündürsə davanın qarşısını al, mümkün deyilsə sonadək dalaş. Çünki bir dəfə davadan çəkindinsə, həmişə çəkinəcəksən. Kişi üçün isə bu yaxşı xüsusiyyət deyil.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan