Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat

Bu cür hazırlanmış toyuğun çoxlu üstünlükləri var.

Açıq söhbət4 dəq oxu
Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat

Bu cür hazırlanmış toyuğun çoxlu üstünlükləri var.

Rahat kəsilir, sürüşmür. Qonaqlar ətin hamısını yeyir və masaya sümüklər üçün əlavə qab qoymağa ehtiyac yoxdur.

Həmçinin çolpa doğranmış toyuq ətindən daha ucuz başa gəlir. Yeri gəlmişkən sümüklərin çıxarılması prosesi 15 dəqiqə vaxt aparır.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 1

1.

Toyuğun nəbzini yoxlayaraq onun həqiqətən də cansız olduğunu yəqin et. Toyuğun doş tərəfi yuxarıda olmaq şərti ilə qanadlarını ikinci oynaqdan kəs. Qanadda üç oynaq olur, ona görə də hardan sayacağınız önəmli deyil.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 2

2.

Boğaz dərisini ehmalca aşağı dartaraq çəngəl sümüyünü kəsib çıxardın. Alınmırsa, toyuğun donunun açılmasını gözləyin.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 3

3.

Daha əsaslı cərrahi müdaxiləyə keçin. Toyuğu çevirin və boyundan büzdümədək kəsin. Büzdümün özünə dəyməyin.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 4

4.

Biçağı sərrast və sürətli şəkildə istifadə edərək əti qabırğalardan ayırın. Əsas odur ki, dərini zədələməyəsiniz. Qanadların və budların karkasa birləşdiyi oynaqlara çatdıqda, onları iki hissəyə bölün.

Toyuğun karkasını ətdən azad edərək onu çıxardın. Artıq geriyə yol yoxdur.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 5

5.

Qanadların yanında yerləşən bumeranqa bənzər sümükləri kəsin və çıxarın. Lakin onları atmağa çalışmayın. Bumeranqa bənzəsələr də eyni effekti vermirlər.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 6

6.

Prinsip etibarı ilə burda dayanmaq olar. Qanad və budda sümükləri qalan toyuq farş üçün hazırdır. Lakin yorulmamısınızsa, davamını oxuyun.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 7

7.

Qanadı tutaraq bıçağı sümük boyunca dərinin altınadaxil edin. Çalışın ki, bıçağın ucu digər tərəfdən çıxsın. Ehtiyatlı şəkildə sümüyü vətərlərdən təmizləyərək onu çıxardın. Söhbət hər iki qanadda gedir.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 8

8.

Toyuğun bud sümüklərinin aşağı hissələrini kəsin.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 9

9.

7-ci bəndi əsas tutaraq budda qalan sümükləri də çıxardın. Bu bir az uzun çəkə bilər, çünki hər budda iki sümük var. İkisini birdən çıxarmağa çalışmayın. İlk növbədə onları birləşdirən oynağı kəsin, sonra isə tək-tək çıxardın.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 10

10.

Qanad və bud nahiyyəsində yaranan boşluğu toyuğun içinə qatdalamaq lazımdır.

Toyuğun içindən bütün sümükləri necə çıxartmaq lazımdır: Təsvirli təlimat — şəkil 11

11.

Toyuq artıq hazırdır. Onun içinə istəyiniz farşı qoya bilərsiniz. Qonaqları təəcübləndirmək üçün isə bu toyuğun içinə başqa sümüklü toyuq da qoya bilərsiniz.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan