İslamabad Ali Məhkəməsi Pakistan ərazisində 14 fevral Müqəddəs Valentin günü - Sevgililər Gününün qeyd olunmasını qadağan edib.
Bu barədə "Express Tribune" qəzeti yazıb. Məlumata görə, bu bayramın müsəlman adət- ənənələri ilə heç bir əlaqəsi yoxdur. Bu cür düşünən bir qrup insan adıçəkilən günün ləğv edilməsi üçün petisiya yaradıb.
Məhkəmənin qərarı ilə bu bayramın həm rəsmi səviyyədə, həm də sadə xalq arasında qeyd edilməsi yasaqlanıb. Mətbuata da bu günü hər hansı yollasa reklam etmək qadağan edilib.
14 Fevral dünyanın bir çox ölkəsində Sevgililər günü kimi qeyd edilir.