Dizayner Torkmorad Jozavi vizual olaraq insanı daha cavan göstərən aksessuarı açıqlayıb.
Gent.az xəbər verir ki, sözügedən aksessuar üstü hündür olan şlyapalardır.
Belə ki, mütəxəssis qadınlara hündür papaqlara diqqət etməyi tövsiyə edib. Onun sözlərinə görə, məhsulun kənarı üz cizgilərini daha incə və zərif edir.
"Hündür papaq sizin daha uzun görünməyinizə şərait yaradacaq", - deyə o izah edib.
Eyni zamanda, Cozavi ağ saçlarını maskalamaq istəyənlərə geniş kənarlı beretlərə diqqətlə baxmağı tövsiyə edib.
"Bu, rəngləməyə vaxtınız olmayan kökləri maskalamaq üçün əla bir yoldur", - deyə modelyer bildirib.
Həmçinin, örtüklü papaqlar qırışları və digər yaşlanma əlamətlərini mükəmməl şəkildə gizlədir.