Operativ Qərargah rayonlara gedənlərə müraciət etdi
"Mən bütün vətəndaşlarımızı bayram ərəfəsində özlərini məhdudlaşdırmağa, mümkündürsə evdə qalmağa, əgər harasa səyahət edilirsə, özlərini qorumağa çağırıram".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.
Gent.az xəbər verir ki, o, vətəndaşlara müraciətində bunları deyib:
"Əgər rayonlara gedəcəksinizsə, burada da özünüzü daha çox qorumağa çağırıram. Çünki əgər saylar artarsa, Operativ Qərargahın başqa yolu olmayacaq və biz daha sərtləşdirilmiş karantin rejiminə keçməyə məcbur olacağıq", - deyə Şahmar Mövsümov əlavə edib.






