Bu sözləri açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Gent.az xəbər verir ki, o, Azərbaycanda qanunsuz ov edən ərəblərin onun qonaqları olması barədə iddialara münasibət bildirib.
Nazir deyib ki, Azərbaycan dünyaya açıq dövlətdir və turistlərin gəlməsi də təbiidir:
“Azərbaycana hər gələn turist mənim qonağım olası deyil ki… Kimlərsə yazıb, bir söz demirəm”.
Qeyd edək ki, ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem etməsi ilə bağlı görüntülər yayılmışdı. Həmin görüntülərdə ərəb turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduqları bildirilirdi.(gününsesi.info)