Neft bahalaşdı

Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.8% və ya 1.5 milyard dollar artıb.

Aktual1 dəq oxu
Neft bahalaşdı

Bu, Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında yaydığı press-relizdə deyilir.

Gent.az xəbər verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52.3 milyard ABŞ dolları səviyyəsinə yüksəlmişdir.

Mərkəzi Bank qeyd edib ki, qlobal iqtisadi aktivliyin artması neftə tələbi yüksəldir. OPEC++ razılaşması çərçivəsində tələbin artımına konservativ reaksiyanın verilməsi şəraitində neftin qiyməti yüksəlməkdə davam edir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 64 ABŞ dollarını, iyun ayının əvvəlindən isə son 2 ilin maksimumuna çataraq 70 ABŞ dollarını üstələmişdir.

Qlobal mühitdəki son meyillər, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi valyuta bazarında sabitliyin əsas faktoru olan tədiyə balansına müsbət təsir edir. 2021-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 5.6%-i səviyyəsində profisit formalaşmış, kapital hesabı da profisitli olmuşdur. İyunda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yüksəlmə istiqamətində təshih edilmişdir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan