Manatın məzənnəsi dəyişəcək?

Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb.

Aktual1 dəq oxu
Manatın məzənnəsi dəyişəcək?

Mövcud vəziyyət manatın məzənnəsinə təsir edə bilərmi?

Gent.az xəbər verir ki, qtisadçı alim Fuad İbrahimov bildirib ki, Azərbaycanda valyuta məzənnə siyasətində dollar manata qarşı aparıcı vayuta olduğu üçün 2015-ci ildə 1.70 qiyməti müəyyənləşib və bu günə qədər də mərkəzləşdirilmiş idarəetmə üslubundan istifadə edərək məzənnəyə təsir etmir:

“Bu dövrdə manatın ağır vəziyyəti də olub, qənaətbəxş vəziyyəti də, yaxşı vəziyyəti də. Hazırkı vəziyyətdə makroitisadi göstəricilərimizi nəzərə alaraq iqtisadiyyatımızın əsas dayağı hesab edilən neft qiymətinin büdcədə nəzərdə tutulmuş qiymətdən yuxarı olduğunu nəzərə alaraq, eyni zamanda postpandemiya dövrünə qədəm qoyduğumuz üçün mövcud vəziyyətdə bir çox xidmətlərin fəaliyyətinin başladığı, iqtisadi aktivlik, canlanma prosesini nəzərə alaraq manatın məzənnəsi ilə bağlı hər hansı təhlükə yoxdur.

Manatın mövqeyinin möhkəmləndirilməsindən söhbət gedə bilməz, ucuzlaşması ilə bağlı da hər hansı təhlükə yoxdur. Ancaq dollar son bir ayda digər aparıcı valyutalara qarşı möhkəmlənib və funt, avro, yenə qarşı möhkəmlənmə prosesindədir. İlin əvvəlindən götürdükdə, həmin vaxtın qiyməti ilə bu günə qədər dollar valyutalara qarşı 7,5 faiz indeksini itirmişdi. Son bir ayda isə möhkəmlənmə prosesi gedir”.(cebhe.info)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan