"Xankəndidə yaşayan ermənilər bizim cəmiyyətə intqerə edilməlidir"
"Bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq".

Bu sözləri “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Gent.az xəbər verir ki, Bakıdakı erməni kilsəsinin təmir olunduğunu vurğulayan dövlət başçısı bunları qeyd edib:
“O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə-bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq”.
Prezident İlham Əliyev bildirib ki, ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır və biz buna hazırıq.







