Baş həkim işdən çıxarılır - Xəstəxanada təhvil-təslim işləri aparılır

Aktual1 dəq oxu
Baş həkim işdən çıxarılır - Xəstəxanada təhvil-təslim işləri aparılır

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov işdən çıxarılır.

Bu barədə bildirilir ki, hazırda xəstəxanada təhvil-təslim işləri gedir. İddialara görə, Paşa Muradovun özü qərardan narazıdır və postunu qorumaq üçün mübarizəsini davam etdirir. Məsələnin hətta Tovuz rayon İcra Hakimiyyətində müzakirə olunduğu barədə məlumatlar var. İddialara görə, müzakirə kifayət qədər gərgin keçib.

Bildirilir ki, Paşa Muradovun karyerasına son qoyulması rayon rəhbərliyinin istəyidir. Bu baxımdan, hazırda baş həkimlə yerli rəhbərliyin münasibətləri gərgindir.

Qaynarinfo məsələ ilə bağlı Paşa Muradovun özü ilə əlaqə saxlayıb. Baş həkim deyilənləri nə təkzib, nə də təsdiq edib: "Nə yazırsınız yazın, boş-boş şeylərə görə zəng vurmayın”.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan