Şuşa şəhərinə yeni rəis təyin olunub
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.
Gent.az xəbər verir ki, əmrə əsasən, polis mayoru Nicat Əliyev Ağcabədi rayon Polis Şöbəsinin sahə rəisi vəzifəsindən azad olunaraq Şuşa şəhər Polis Şöbəsinin Xidmət üzrə rəis müavini təyin olunub.







