"Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - İlham Əliyev

Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.

Aktual1 dəq oxu
"Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - İlham Əliyev

Qardaş ölkənin lideri üstündə Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.

Gent.az xəbər verir ki, Prezident İlham Əliyev deyib: "Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə".

Rəcəb Tayyib Ərdoğan: "Biz Şuşaya səfər etdik. Saatların üstündə Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur".

Prezident İlham Əliyev: "Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!"

Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.(qafqazinfo.az)

"Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - İlham Əliyev — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan