Gülnarə Xəlilova Niderland təşkilatı tərəfindən diaspor fəaliyyətinə dəstək verdiyi töhfəyə görə mükafatlandırılıb
Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova diaspor fəaliyyətinin dəstəklənməsinə verdiyi töhfəyə görə Xüsusi Diplom ilə təltif edilib.

Uzun illərdir ki, Qarabağ kolleksiyasının və Xarıbülbül simvolunu dünyada tanıtdırdığı olunub.
Gent.az xəbər verir ki, tədbir DAVAM Respublika Gənclər Hərəkatının ofisində Niderlanddakı Azərbaycan diasporu nümayəndələrinin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşü çərçivəsində keçirilib.
Tədbirdə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyə, Niderlanddakı “Hollandiya Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimli, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdi və Milli Məclisin deputatı Məlahət İbrahimqızı, mədəniyyət və
ictimai nümayəndələri iştirak ediblər.











