Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində qalib layihəsi

Arduino ətraf mühiti ilə qarşılıqlı əlaqə qura və sistemləri asanlıqla dizayn edə bilən, elektronika həvəskarları üçün asan bir dili var, proqramlaşdırıla və elektron sxemlər üzərində qurula bilən açıq mənbəli inkişaf - mikrokontroller platformasıdır. Arduino laboratoriya dəstləri ilə uşaqlar xəyallarını ən səmərəli şəkildə istifadə edə, əylənərkən öyrənə biləcəyi bir mühitə sahib ola bilərlər. İnteraktiv və ya inkişafetdirici mühit yaratmaq üçün Arduino layihəsi idealdır. Arduino əsaslı dərslərdə praktiki bir yanaşmanı sinif otağına gətirərək şagirdlərə əsl elm adamları kimi düşünməyə və davranmağa imkan verir. Şagirdlərə ağıllı cihazların necə işlədiyini araşdırmağa, məlumatları qeyd etməyə, müşahidələri sənədləşdirməyə və təcrübə etməyə təşviq edən bir elmi laboratoriya yaradır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində qalib olmuş Şirvan şəhər M.İsrailov adına 18 saylı təbiət humanitar təmayüllü məktəb-liseyin coğrafiya müəllimi Pərvanə Hətəmovanın STEAM nominasiyası üzrə "Arduino emalatxanası - elektronikaya açılan qapı" layihəsinin əsas məqsədi də - Arduino dərsləri ilə elektronika, proqramlaşdırma, kodlaşdırma sahələrinin əsaslarını, əhəmiyyətini başa düşmək, praktiki şəkildə elektronika ilə tanış olmaq və bu sahəyə marağın artırılması, yenilikçi layihələrin yaradılması, bacarıqlarının aşkara çıxarılmasına cihazı öyrətmək və proqramlaşdırmaya nail olmaqdır.
Təlimlər Şirvan şəhər M. İsrailova adına 18 saylı təbət humanitar təmayüllü məktəb-lisey, Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxs, R.Həbibov adına 14 saylı tam orta məktəb və E.B.Imanov adına 10 nömrəli tam orta məktəblərində 3 ay müddətində 90 şagirdi əhatə etmiş və uğurla tamamlanmaq üzrədir. Gənc təlimcimiz Heydərli Sənan şagirdlərimizə Arduino haqqında ilkin məlumat verməklə :
elmi və texnoloji bacarıqlarını formalaşdırmaq;
alətlərlə təhlükəsiz iş qaydaları ilə tanış olmaq;
prototip hazırlamaq üçün ən yaxşı təcrübə;
yerinə yetirilən işə yaradıcı münasibət formalaşdırmaq;
komandada işləmək, vəzifələri səmərəli paylamaq bacarığını inkişaf etdirmək;
yaradıcı təşəbbüs və müstəqilliyi inkişaf etdirmək;
şagirdlərin psixofizioloji keyfiyyətlərini inkişaf etdirmək: yaddaş, diqqət, məntiqi düşünmək, təhlil etmək, əsas məqsəd üzərində cəmləşmək bacarığı;
düşüncələri aydın məntiqi ardıcıllıqla ifadə etmək, baxış bucağını müdafiə etmək, vəziyyəti təhlil etmək və məntiqi mülahizə yolu ilə müstəqil olaraq suallara cavab tapmaq bacarığını inkişaf etdirmək kimi bacarıqların formalaşdırılmasında nail olmuşdur.
Təlimlər boyu şagirdlərin tam şəkildə maraq və tələbatlarının ödənilməsinə, istedad və bacarıqlarının üzə çıxarılmasına nail olunmuşdur. Təlim zamanı şagirdlər Arduino Uno lövhəsi, sensorlar, digər parçalarla tanış oldular. Daha sonra əldə etdikləri biliklərlə müxtəlif elektron sxemləri Arduino Uno platformasında qurub və bununla da paralel olaraq sxemin lazımı şəkildə işləməsi üçün kompüterdə qurulan sxemə uyğun kodları (C ++ proqramlaşdırma əsasları) yığaraq, problemlərin həlli üçün alqoritmlərin mənimsənilməsi və tətbiqi üçün layihələr təqdim etmişlər. Bu layihənin uşaqların həm kompüter, həm də elektronika bacarıqlarını inkişaf etdirilməsində də -Mikroelektronikanın müasir cəmiyyətdəki rolu və yeri:
Mikrokontollerin əsas xüsusiyyətləri və iş prinsipi;
Müstəqil olaraq mikrokontrolerini proqramlaşdırılması;
Avtomatlaşdırılmış sistemlərin proqramlaşdırma əsasları (Dizayn, montaj)
Arduino proqramının yüklənməsi və quraşdırılması;
Arduinonun kompüterdə istifadəsi;
Arduino proqramı (C++)və Arduino Uno platformasında tətbiqi, hissə dəsti, sensor dəsti ilə iş;
Arduino proqramlaşdırma dilinin(C++) əsasları;
Arduino Mikrokontollerinə əsaslanan cihazların layihələrini müstəqil olaraq inkişaf etdirmək;
Tədqiqat və elmi-praktik iş aparmasında böyük əhəmiyyəti olmuşdur.
Dərslər zamanı şagirdlər praktik tapşırıqlar üzərindən əyani proqram mühitində asanlıqla və effektiv şəkildə alqoritm və proqramlaşdırmanı öyrənmək fürsətləri əldə etdilər.
Layihə rəhbəri: Şirvan şəhər M.İsrailov adına 18 saylı təbiət humanitar təmayüllü məktəb liseyin coğrafiya və STEAM müəllimi Pərvanə Hətəmova








