Qarşıdakı günlərin havasıyla bağlı xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Gent.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 25-i axşamdan 27-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 25-dən 28-dək cənub-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.







