Respublika Təhsil Şurası İctimai Birliyində seçkilər keçirilib

Respublika Təhsil Şurası İctimai Birliyinin ümumi yığıncağı keçirilirb.
Birliyin Mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən daxil olan məlumata görə, təşkilatın sədri Samir Mehdizadə ötən bir il ərzində görülən işlər barədə məlumat verib.
O qeyd edib ki, 2021-ci ilin aprel ayında AR Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrindən çıxarış alındıqdan dərhal sonra geniş fəaliyyətə başlanılıb Təhsil Şurasının loqosu, vikipediya səhifəsi hazırlandı, facebook səhifəsi yaradıldı, edungo.org adlı internet saytı yaradılıb.
Birliyin yeni Mərkəzləri – “Analitik təhlil və tədqiqat mərkəzi”, “Peşəkar inkişaf və karyera mərkəzi”, “Təhsil müəssisələrinin ictimai akkreditasiyası mərkəzi”, “Yanuş Korçak Akademiyası”, “Akademik Mehdi Mehdizadə irsinin tədqiqi mərkəzi” yaradılıb və Mərkəz rəhbərləri İdarə Heyəti tərəfindən təsdiq edilib. Rayon filial və nümayəndəliklərinin yaradılmasına başlanılıb – Şəki, Siyəzən, Şuşa, Tovuz, İsmayıllı, Bakı, Şəmkir, Gədəbəy, Abşeron filialları, Bakı şəhərinin Yasamal və Binəqədi rayon nümayəndəlikləri təsis edilərək rəhbərləri İdarə Heyəti tərəfindən təsdiq edilib.
Bakı şəhər psixoloqlarının hazırladıqları “Başlamadan son olmayaq!” filminə təşkilati dəstək verildi, “Milli Mətbuat günü” ilə bağlı tədbir keçirilərək, bəzi fəal jurnalistlər Fəxri Fərmanlarla təltif edildilər. Avqust ayında Respublika Təhsil Şurası Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası ilə birgə Beynəlxalq konfrans keçirdi, konfrans iştirakçılarına beynəlxalq sertifikatlar verilib. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Cəbrayıl rayonlarına, Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə, həmçinin Vətən müharibəsi zamanı Gəncə şəhərinin düşmənlərimiz tərəfindən ballistik raketlərlə atəşə tutulmasının ildönümü ərəfəsində Gəncə şəhərinə təşkil etdiyi səfərdə Şura rəhbərliyi iştirak edib. Yazıçı Manaf Süleymanovun 1994-cü ildə kiril əlifbası ilə dərc edilmiş “Azərbaycan diyarı Lahıc” kitabının latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilməsi İdarə Heyətinin qərarı ilə təsdiq edilib.
Samir Mehdizadə bildirib ki, “Təhsil və zaman” qəzeti fəaliyyətini bərpa edib, qəzetin növbəti nömrəsi dərc olunub. “Azərbaycanda təhsil”, “Psixologiya və sosial tədqiqatlar” jurnalları, psixoloji mövzularda dərc ediləcək “Motivator” qəzetləri Təhsil Şurasının mətbu nəşrləri kimi təsis edilibş Dekabr ayında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi ilə bağlı elanı oldu. Təhsil Şurası bu müsabiqəyə “Fərdi inkişafın idarə edilməsi üzrə fəaliyyətin dəstəklənməsi” layihəsini təqdim etdi və uğur qazanaraq qalib elan edilib.
Ümumi Yığıncağın iclasında daha sonra İdarə Heyətinin aşağıdakı tərkibdə yeni üzvləri seçilib:
1. Abbasov Ənvər Məhəmməd (Bakı şəhəri, Təhsil İnstitunun direktor müavini, Əməkdar müəllim),
2. Bağırov Cəfər Talıb oğlu (Siyəzən rayonu, Əməkdar müəllim),
3. Bağırova Fəridə İzzət qızı (Bakı şəhəri, Əməkdar müəllim),
4. Babaşova Gülnurə Haqverdi qızı (Şamaxı rayonu, Sabir adına tam orta məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru),
5. Camalov Kamal Həsən oğlu (Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim),
6. Cəbrayılov İntiqam Hilal oğlu (Bakı şəhəri, pedaqogika üzrə elmlər doktoru, professor, Təhsil İnstitunun şöbə müdiri, Əməkdar müəllim),
7. Çələbiyev Nuralı Zərbalı oğlu (Şəki rayonu, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ADPU-nin Şəki filialının direktor müavini),
8. Əliyev Piralı Behbudalı oğlu (Bakı şəhəri, pedaqogika üzrə elmlər doktoru, professor, Təhsil İnstitunun şöbə müdiri),
9. Əliyeva Həqiqət Şamil qızı (Bakı şəhəri, təqaüddə olan müəllim),
10. Əsədov Seyyub Əsəd oğlu (Şirvan şəhəri 11 nömrəli məktəbin tarix müəllimi),
11. Əsgərova Almaz Ələsgər qızı (Bakı şəhəri, Zəngi liseyinin direktoru, Əməkdar müəllim),
12. Günəşov Elman Ağadadaş oğlu (Qobustan rayonu, Cəyirli kənd məktəbinin hərbi rəhbəri),
13. Həmidov Sabir Əhmədiyyə oğlu (Bakı şəhəri, təqaüddə olan təhsil işçisi),
14. İlyasov Müseyib İbrahim oğlu (ADPU-nun kafedra müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim),
15. Quliyev Nüsrət İlyas oğlu (Tovuz rayonu, Bozalqanlı kənd tam orta məktəbinin direktoru),
16. Mahmudov Nəbi Məcid oğlu (Bakı şəhəri, riyaziyyat üzrə fəlsəfə doktoru, Bakı şəhəri 246 nömrəli tam orta məktəbin direktoru),
17. Mehdiyev Əli Hüseyn oğlu, (Naxçıvan MR, Şərur rayonu 1 nömrəli məktəbin direktor əvəzi),
18. Mikayılov Böyükağa Əlisəfa oğlu (Bakı şəhəri, “Mətəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktor əvəzi),
19. Mirzəyeva Təranə Mirzə qızı (Göyçay rayonu, 3 nömrəli tam orta məktəbin direktor müavini, “Tərəqqi” medalı ilə təltif edilib),
20. Rəhimova Elmira Əşrəf qızı (Bakı şəhəri 125 nömrəli tam orta məktəbin müəllimi),
21. Rüstəmov Fərrux Abbas oğlu (Bakı şəhəri, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, ADPU-nun dekanı),
22. Rəsulov Şəfaqət Həbib oğlu (İsmayıllı rayonu, Əməkdar müəllim)
23. Rəşidov Rəşad Məmməd oğlu (Şəki rayonu, təqaüddə olan müəllim),
24. Zeynalov Ramil Saməddin oğlu (Salyan rayonu, Kərimbəyli kənd tam orta məktəbinin direktoru, filologiya üzrə fəlsəfə doktoru),
25. Mehdizadə Samir Ramiz oğlu (Bakı şəhəri, 286 nömrəli tam orta məktəbin direktoru).
"Təhsil Şurası" İctimai Birliyinin İdarə Heyətinin üzvü Mehdi-zadə Samir Ramiz oğlu yenidən yekdilliklə 5 il müddətinə İdarə Heyətinin sədri seçildi. Yeni seçilmiş sədr Samir Mehdi-zadə yüksək etimada görə Birlik üzvlərinə minnətdarlıq edib və onların inamını doğrultmağa çalışacağını söyləyib. Samir Mehdizadə İdarə Heyətinin sədr müavini vəzifəsinə 4 üzvün - Bağırov Cəfər Talıb oğlunun, Əsgərova Almaz Ələsgər qızının, Əliyeva Həqiqət Şamil qızının, Mirzəyeva Təranə Mirzə qızının namizədliklərini irəli sürüb. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib. Sədr İdarə Heyətinin katibi vəzifəsinə uzun illər ərzində bu vəzifəni böyük məsuliyyətlə və uğurla icra edən Mikayılov Böyükağa Əlisəfa oğlunun namizədliyini irəli sürərək, ona səs verilməsini xahiş edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib. Daha sonra üzvlərin yekdilliklə razılığı ilə Mingəçevir şəhərindən İsmayılov Mayıl Yolçu oğlu Nəzarət Təftiş Komissiyasının (NTK) sədri, Bakı şəhərindən Məlikova İradə Telman qızı, Qobustan rayonundan Hidayətova Raifə Mürvət qızı NTK üzvləri seçildilər.
Respublika Təhsil Şurasıının ümumi yığıncağının nəticələri Ədliyyə Nazirliyinə təqdim olunub və təşkilata dövlət reyestrindən çıxarış verilib.







