Rusiya Azərbaycandan üzr istəyib

"Azərbaycan Rusiya aviakompaniyalarına məxsus təyyarələri həbs etməyib".

Aktual1 dəq oxu
Rusiya Azərbaycandan üzr istəyib

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Gent.az xəbər verir ki, martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səslənən səhv olub.

“Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycan Respublikasından olan həmkarlarımızdan üzr istəyirik”, deyə Rusiya Nəqliyyat Nazirliyindən bildirilib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan