Respublika Təhsil Şurasının yeni layihəsi: şagirdlərin fərdi inkişafının idarə olunması

Layihədə təşkilatın fəaliyyətində aktivlik göstərən müəllimlər, psixoloqlar iştirak edirlər.
Xəbər verdiyimiz kimi, Respublika Təhsil Şurası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şagirdin fərdi inkişafının idarə olunması” layihəsini icra etməkdədir. Hal-hazırda layihə çərçivəsində nəzərdə tutulan işlər fəal surətdə həyata keçirilir. Lahiyənin icra olunduğu İsmayıllı, Tovuz, Siyəzən şəhər, eləcə də Bakı şəhərindəki 286 nömrəli tam orta məktəbin seçilmiş siniflərdə müəllim, psixoloq, məktəb rəhbəri, eləcə də həkim tərəfindən müvafiq işlər reallaşdırılır.
Qeyd edək ki, bu layihə Respublika Təhsil Şurası İctimai Birliyinin müvafiq qurumla icra etdiyi üçüncü layihədir. Bu layihə şagirdin hərtərəfli inkişafına dəstək vermək məqsədilə lazım olan tədbirlərin, o cümlədən, psixoloji, tibbi dəstəyin, təlim nailiyyətlərinin artması üçün fərdi yanaşma proqramının işlənib hazırlanmasını nəzərdə tutur. Layihədə təşkilatın fəaliyyətində aktivlik göstərən müəllimlər, psixoloqlar iştirak edirlər.






