Rusiya dolların və avronun rəsmi məzənnəsini daha da endirdi
Rusiya Federasiyası Mərkəzi Bankı mayın 6-a dolların rəsmi məzənnəsini 66,24 rubla, avronun məzənnəsini isə 70,07 rubla endirib.

Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankı məlumat yayıb.
Gent.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı 5 may 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 69,416 rubl səviyyəsində, avronun rəsmi məzənnəsini isə 72,7815 rubl müəyyən etmişdi.







