Azərbaycan Rusiyaya yumurta ixrac edəcək

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər.

Aktual1 dəq oxu
Azərbaycan Rusiyaya yumurta ixrac edəcək

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə keçirilən görüşdə bildirilib.

Gent.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır.

AZPROMO rəsmiləri bildiriblər ki, Azərbaycanın Dubayda Ticarət Evində yumurta istehsalçılarının mal təklifləri təqdim olunacaq: "Eyni zamanda yaxın vaxtlarda Qətərdə də Ticarət Evi açılacaq və onun imkanlarından da yumurta ixracı üçün istifadə ediləcək".(report.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan