Bill Qeytsdən yeni pandemiya riski ilə bağlı açıqlama

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts yaxın 20 ildə bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi riskini qiymətləndirib.

Aktual1 dəq oxu
Bill Qeytsdən yeni pandemiya riski ilə bağlı açıqlama

O, İspaniyanın "El Diario" qəzetinə müsahibəsində yaxın 20 ildə yeni pandemiya riskinin 50 faiz olduğunu bildirib.

Gent.az xəbər verir ki, "Microsoft" şirkətinin qurucusu yeni pandemiyanın bəşəriyyətə məlum olan bir virusdan qaynaqlana biləcəyini qeyd edib:

"Bu, qripin növlərindən biri, yaxud digər növ koronavirus ola bilər. Bu da bizə daha tez müalicəni təşkil etməyə və vaksin əldə etməyə nail olmağımıza imkan yarada bilər. Ancaq bu, insanların, bioterrorçularınn yaradacağı və yayacağı virus da ola bilər. Bu isə çox qorxulu ssenaridir".(oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan