Bu barədə Sinqapurun Səhiyyə Nazirliyi məlumat yayıb.
Gent.az xəbər verir ki, virusun aşkarlandığı şəxs Sinqapurda yaşayan 45 yaşlı Malayziya vətəndaşıdır. O, hazırda Milli Yoluxucu Xəstəliklər Mərkəzindədir və vəziyyəti stabildir.
İyunun 30-da kişinin qarnının aşağı hissəsində dəri zədələri aşkarlanıb, iyulun 2-də isə yorğunluq əmələ gəlib və limfa düyünləri şişib.
İyulun 4-də qızdırma, boğaz ağrısı yaranıb və o, həkimə müraciət edib.
Həkimlər yoluxmuş şəxslə yaxın təmasda olan üç nəfəri müəyyən ediblər, onların hamısı 21 gün karantinə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, bu günə qədər dünyada 6 min nəfərdə meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.(medicina.az)