Bu barədə İran Mərkəzi Bankının sədri Əli Saleh Abadi bildirib.
Gent.az xəbər verir ki, "Rəsmi Tehran və Moskva arasında bank, maliyyə və iqtisadiyyat sahələrində bəzi mühüm razılaşmalar əldə edilib. İki ölkə ticarətdə ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırır. Biz tezliklə əldə olunmuş razılaşmaların həyata keçirilməsini gözləyirik" , - İran Mərkəzi Bankının sədri vurğulayıb.
Sədr Moskvaya səfəri zamanı Rusiya ilə ticarət əlaqələrini asanlaşdırmaq üçün əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyini və müsbət nəticələrin hər iki ölkədə hiss olunacağını bildirib.
Əlavə edək ki, İran 2018-ci ildən bəri ABŞ-ın birtərəfli sanksiyalarına məruz qalıb. Rusiya isə bu ilin fevral ayında Ukraynaya qarşı müharibədən sonra beynəlxalq sanksiyaların hədəfi olub.(margin.az)