Sərt karantin tədbirləri geri qayıdacaq?
"Azərbaycanda koronavirusla əlaqəli sərt tədbirlərin tətbiqi gözlənilmir".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Gent.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanda koronovirusla bağlı vəziyyət qənaətbəxşdir:
"Fikrimcə, yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyət olmayacaq".
O qeyd edib ki, maska taxması tövsiyə xarakterlidir:
"Alimlər tərəfindən də sübut olunub ki, maskalarda qoruyuculuq var. Əgər bir insan maska taxırsa, bu xəstəliyə yoluxma riskini azaldır".(oxu.az)







