Türkiyədə bərbərxanalar bağlanır

Türkiyədə bərbərxanalar və gözəllik salonları həftədə bir gün bağlı olacaq.

Aktual1 dəq oxu
Türkiyədə bərbərxanalar bağlanır

Bu barədə ölkənin Ticarət nazirliyi qərar verib.

Gent.az xəbər verir ki, sözügedən qərarın 1 oktyabr 2022-ci il tarixindən etibarən icrasına başlanılacaq.

Nazirliyin Türkiyə Bərbər və Gözəllik Salonu Operatorları Federasiyasının tələbi ilə bu addımı atdığı qeyd olunub.

Məlumata görə, obyektlərin həftənin hansı günü bağlanacağı, sektoru təmsil edən peşəkar təşkilatların fikirləri də alınaraq, hər bir bölgənin dinamikası daxilində valilər tərəfindən müəyyən ediləcək.

Bildirilib ki, bərbərlərin və gözəllik salonlarının eyni gündə bağlanması məcburi deyil:

"Bu qərarla bərbərxana və gözəllik salonunun işçilərinə həftədə ən azı bir gün istirahətə icazə verilir. Məqsəd bu yolla onların psixi və fiziki sağlamlığının qorunmasına, motivasiyanın, performansın və xidmət keyfiyyətinin artırılmasına, daha da əhəmiyyətlisi, ailə və sosial əlaqələrin gücləndirilməsinə töhfə verməkdir".

Həmçinin qeyd olunub ki, bağlanma qərarı heç bir ayrı-seçkiliyə yol verilmədən bütün müəssisələrə bərabər şəkildə tətbiq ediləcəyi üçün haqsız rəqabət və müəssisələrin iqtisadi itkisinin qarşısı alınır. (sfera.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan