Hər iPhone sahibi ömründə heç olmasa bir dəfə bu sözdəki “i” hərfinin nə anlama gəlməsi barədə düşünüb.
Dişlənmiş alma ilə birgə bu hərf şirkətin vizit kartına çevrilib. Bu hərf o qədər populyarlıq qazanıb ki, şirkətin demək olar ki hər məhsulunda onu görmək olar – iPad, iWatch, iTunes, iStore və s.
Ən məhşur versiyalardan birinə əsasən “i” hərfi “İnternet” anlamı daşıyır. Çünki “Apple” şirkətinin bütün qadcetləri internet istifadəsi üçün nəzərdə tutulub. Bu həqiqətə yaxındır, lakin bir “əmma” var.
1998-ci ildə “Apple” iMac adlı yarımşəffaf korpusa malik personal kompüter təqdim edir. Təqdimatda qeyd edilənə görə bu kompüter daha rahatdır, məlumatın daha sürətli işlənilməsinə və internetə çıxışı təmin edir.
Stiv Cobs isə əlavə etmişdi: Biz sizə 4 “i” hərfinə malik daha əhəmiyyətli bir kompüter veririk: fərdi (individual), öyrədən (insturct), məlumatlandırıcı (inform) və ruhlandırıcı (inspire).
Bizim əsas işimiz personal kompüterlərdir, lakin bu məhsulu internetlə birgə avtonom şəkildə də istifadə etmək olar. Ümid edirik ki iMac istifadəçiləri öyrənməyə və yeni şeylər yaratmağa ruhlandıracaq.
Lakin bundan sonra “Apple” “i” hərfini bir marketinq gedişatı kimi istifadə edərək internetə çıxışı olan bütün qadcetlərə şamil etməyə başladı. Buna sübut kimi 2001-ci ildə təqdim edilən iPod-u qeyd etmək olar. Bildiyiniz kimi onun internetə çıxışı yox idi.
Bu isə Stiv Cobsun müvafiq çıxışıdır: