O bir çox insanın arzusu, amma eyni zamanda da baş ağrısıdır.
Söhbət iPhone qadcetlərindən gedir. Sizə iPhone sahiblərinin rastlaşdığı problemləri təqdim edirik.
1.Yeni iPhone alırsınız, işlənmiş çıxır. Bunu alışdan öncə necə müəyyən etmək olar
Böyük ehtimal söhbət “refurbished” kateqoriyasına aid olan telefonlardan gedir. Defektləri aradan qaldırandan sonra istehsalçı bu məhsulu yeni qablaşdırmaya qoyurlar. Satıcı bu haqda alıcıya məlumat verməyə məcburdur, lakin hamı bunu etmir. Smartfonun bioqrafiyasını yoxlamağın ən asan yolu “Apple” saytında onun IMEI kodunu yazmaqdır.
2. Bir neçə ay istifadə etdikdən sonra yükləyici ştekerin ucundan qırılmağa başlayır
“Apple” bu qədər davamsız izolyasiya etməsi bütün bəşəriyyət üçün bir sirrdir. Bunun çarəsi nədir? İlk növbədə kabeli mümkün qədər əyməməyə çalışın. Bundan əlavə, qatlanan yeri skotçla bərkidin.
3. Aldığınız yükləmə aparatı yaxşı işləmir və ya ümümiyyətlə xarabdır
Axı bu adi yükləmə aparatıdır. Bunu normal qaydada istehsal etmək mümkün deyil? Heç kimin baha qiymətə orijinal aparat almağa əli gəlmir.
Ucuz yükləmə aparatı isə maksimum 2-3 ay işləyir.
4. Hansı müddətdən sonra orijinal yükləmə aparatı pis işləməyə başlayır. Yaxşı işləməsi üçün onu qurdalamaq lazım olur. Bunun həlli varmı?
İlk növbədə yükləmə aparıtının müxtəlif dəliklərinə dolmuş çirki təmizləyirik. Bunun üçün adi diş çöpündən istifadə etmək olar.
5. Deyirlər ki, bu smartfonu avtomobildə yükləmək məsləhətli deyil
Doğrudur, çünki qeyri-sabit elektrik qidalanma hər iPhone modeli üçün yəqin ölümdür.
6. Zaman keçdikcə iPhone daha tez enerji sərf edir və sanki yükləmə saxlamır. Bu doğrudur? Doğrudursa, nə etmək olar?
Doğrudur, zaman keçdikcə smartfon get-gedə daha çox enerji istifadə edir. Əgər tam yükləmədən sonra smartfon 4-9 saaat işləyirsə, bu normaldır. Bundan az işləyirsə, vəziyyət artıq ciddidir. Məsləhət görərdik ki, qarantiya müddətinin bitməsinı az qalmış qadcetinin akkumulyatorunu dəyişin.
7. Soyuq havada, hətta yükləməsi normal səviyyədə olan iPhone-lar öz-özünə sönür. Nə etmək lazımdır?
iPhone-larda litium-polimerdən hazırlanan akkumulytorlar istifadə edilir. Polimer soyuduqda onun fiziki xüsusiyyətləri dəyişir – daxili müqavimət güclənir. Bu səbəbdən də enerji istifadəsi sürətlənir. Bunun qarşısını almaq üçün çalışın soyuq havada telefondan az istifadə edin.
8. Smartfon çox gec yüklənir. Bu prosesi necəsə sürətləndirmək olar?
Olar, lakin məsləhətli deyil. Nəzəri olaraq, 2-amperlik yükləyici istifadə etmək olar. Bu zaman yükləmə müddəti azalacaq, lakin akkumulyator daha tez sıradan çıxacaq.