Nəhayət ki, uzun zaman gözlədiyin məzuniyyət gəldi.
Günəş xoş bir şəkildə dərini oxşayır, təyyarədə yata da bilməmisən. Mehmanxanaya çatan kimi çimərlikdə gəzməyə başlayırsan və telefonunu çıxardıb şəkil çəkdirirmək istəyirsən.
Bu zaman isə iPhone-nunda yaddaşın dolduğunu görürsən.
Lazım olmayan hər şeyi pozdun, hətta smartfonu söndürüb yandırdın, lakin xeyir yoxdur.
iOS-larda qiqabayt uğrunda mübarizə olduqca müşkül bir məsələdir. Sənə bir neçə qiqabayt yaddaş təmin etmək üçün bir neçə yol təklif edirik.
İlk növbədə fəlakətin miqyaslarını görmək üçün Ayarlardan, Əsaslara oradan isə iPhone yaddaşına keçin. Bundan sonra hər şey daha aydın olacaq. Böyük ehtimal ən çox yeri sirrli “Sistem” tutur. Məhz onunla mübarizə aparmaq lazımdır.
1.iPhone smartfonunu kabel vasitəsi ilə kompüterə qoş, imkan ver iTunes sənin telefonunla dostlaşsın və təxminən 10-15 dəqiqə ərzində onu kompüterə qoşulu vəziyyətdə saxla. Məlum olub ki, bu zaman iOS telefonda olan müvəqqəti faylları silir və başqa naməlum şeylər edir.
Əgər telefonu kömpüterə çoxdandır qoşmursansa və ya ümumiyyətlə bunu etməmisənsə bu proses 1-dən tutmuş 5 Qiqabaytadək yer təmizləməyə kömək edə bilər. Düzdür hamıda və həmişə alınmır, lakin yoxlamağa dəyər.
2.Bu bir az çətindir. iTunes-də iPhone-nin ehtiyyat kopiyasını yarat. Bundan sonra smartfonun özündən növbəti sıralamada keç - Ayarlar>Sənin adın (siyahının birinci bəndi) >iCloud>iCloud-da ehtiyat kopiya. Onu söndür. Qorxma sən onu artıq kompterdə yaratmışdın.
3. Bu da azdır? Əmin ol ki, ehtiyyat kopiyası yaratmısan. Sonra növbəti sıralama ilə keç - Ayaralar>Əsaslar>Default>Kontent və ayarları silmək.
Bundan sonra iPhone yeni kimi olacaq. Lakin smartfonu iTunes-ə qoşulu saxla və “ehtiyyat kopiyasından bərpa et” düyməsini bas.