"Google"un proqramı rekord sayda yükləndi

“Google”un proqramının “yüngül” versiyası istifadəçilər arasında olduqca məşhurluq qazanıb.

App1 dəq oxu
"Google"un proqramı rekord sayda yükləndi

Belə ki, həmin versiya 500 milyon dəfədən çox yüklənilib.

Gent.az xəbər verir ki, 2017-ci ildə “Google” şirkəti “Google Search Lite” proqramını təqdim edib. Sonra onun adı “Google Go”ya dəyişdirilib. “Google Play” tətbiqlər mağazasında 4 il ərzində proqram təxminən 500 milyon dəfə yüklənilib.

Bu proqram internetə zəif çıxışa malik regionlarda yaşayan insanlar üçün uyğundur. “Google”un standart proqramının, demək olar ki, bütün xüsusiyyətləri həmin versiyada reallaşdırılıb və diskdə 8 MB yer tutur.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan