Qurğuların tam siyahısı “AnTuTu” saytında dərc olunub.
Gent.az xəbər verir ki, 2021-ci ilin martı üçün məhsuldarlıq testinin nəticələrinə görə, ən güclü “Apple” mobil qurğuları reytinqinin birinci pilləsində 12,9 düymlük üçüncü nəsil “iPad Pro” planşeti qərarlaşıb.
“Apple A12X Bionic” prosessoru, 4 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırlmış yaddaşla təchiz edilən planşet 727 min bal toplayıb. İkinci və üçüncü mövqelərdə “iPad Pro” planşetinin müvafiq olaraq 4717 və 712 min xal qazanan 12,9 və 11 düymlük versiyaları yer alıb.
ABŞ brendinin 5 ən yaxşı mobil qurğular siyahısını planşetlər tutub – ilk beşliyə həmçinin 11 düymlük üçüncü nəsil “iPad Pro” və dördüncü nəsil “iPad Air” daxil olub. Reytinq tərtibatçıları tərəfindən ən güclü smartfon “iPhone 12 Pro Max” seçilib. Model aktual “Apple A14 Bionic” çipinə, 6 giqbaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir.
Hesabatda vurğulanır ki, sonucu yeri tutan “iPhone 11 Pro Max” 600 mindən az bal toplayan yeganə qurğu olub. Lakin bütün aktual “Apple” qurğuları arasında məhsuldarlıq fərqi cüzi olduğundan istifadəçilər üçün nəzərə çarpmayacaq.(ictnews.az)