Nadir deffekti olan bu "iPhone" 2700 dollara satıldı

App1 dəq oxu
Nadir deffekti olan bu "iPhone" 2700 dollara satıldı

Nadir deffekti olan "iPhone 11 Pro" 2700 dollara satılıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Internal Archive" "Twitter" səhifəsində bildirilir.

Belə ki, həmin "iPhone"un arxasındakı "Apple" loqosu bir qədər əyri vurulub.

Fotonu paylaşan istifadəçi qeyd edir ki, belə qüsura 100 milyonda bir, bəlkə, daha gec rast gəlinir.

Şəkildən də göründüyü kimi, alma loqotipi mərkəzdən bir az kənarda və bir balaca cevrilmiş haldadır.

Məlumata görə, qacet bu modelin hazırkı bazar qiymətindən üç qat baha satılıb. Maraqlısı nöqsanın olması deyil, nöqsanlı telefonun satışa çıxarılmasıdır. Adətən deffektli məhsul istehsal mərhələsində məhv edilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan