“Sony” 4K ekrana malik smartfonu təqdim etdi

Yapon şirkəti “Snapdragon 888” prosessoru ilə təchiz edilmiş “Sony Xperia 1” qabaqcıl smartfonunun üçüncü nəslini təqdim edib.

App1 dəq oxu
“Sony” 4K ekrana malik smartfonu təqdim etdi

Təqdimat onlayn formatda keçirilib.

Gent.az xəbər verir ki, “Xperia 1 III” cihazında 4K təsvir ölçüsü və 120 hers təsvir yeniləmə tezliyinə malik 6,5 düymlük AMOLED matrisdən istifadə edilib. Ekran “Corning Gorilla Glass” qoruyucu şüşəsinə malikdir.

5G modemə malik “Qualcomm Snapdragon 888” qabaqcıl platforması smartfonun əsasını təşkil edir. 12 QB əməli yaadaş, 256 QB-lıq daşıyıcı quraşdırılıb. Qeyd edək ki, “Sony Xperia 1 III” aparatı dünyada yaddaş kartı slotu və audio konnektor ilə təchiz edilmiş yeganə qabaqcıl cihazdır, rəqiblər artıq çoxdan bu funksiayalardan imtina ediblər.

Smartfon dörd sensordan ibarət kamera modulu ilə təchiz edilib: hər birinin təsvir ölçüsü 12 mp olan 3 ədəd “Exmor RS” və 1 ədəd “3D ToF”. Bu seriyanın əvvəlki modelləri kimi “Xperia 1 III” modeli də “Photography Pro” funksiyasını dəstəkləyir.(ictnews.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan